Naxçıvanda ÜDM istehsalı 1% artıb

Naxçıvanda ÜDM istehsalı 1% artıb
# 14 dekabr 2020 09:29 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1% artaraq 2 556 981,8 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 5 550,2 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-noyabr aylarında sənaye üzrə 967 182,3 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1,5% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR