Naxçıvanda kreditləşmənin həcmi 12% artıb

Naxçıvanda kreditləşmənin həcmi 12% artıb
# 19 mart 2021 12:51 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 31 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 12,1% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlərin 6,85 mln. manatdan çoxu və yaxud 22,1%-i qısamüddətli, 24,15 mln. manatdan çoxu və yaxud 77,9%-i uzunmüddətli kreditlər olub.

Martın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 93592-ə çatıb ki, bunun da 81 337-si və ya 86,9%-i aktiv hesablardır. Bu ilin ilk iki ayında açılan 5887 bank hesabının 5886-sı aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 mart 2021-ci il tarixə 1 429-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR