Naxçıvanda kreditləşmənin həcmi 4 dəfədən çox artıb

Naxçıvanda kreditləşmənin həcmi 4 dəfədən çox artıb
# 22 fevral 2020 13:45 (UTC +04:00)

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13,4 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 4,2 dəfə çoxdur.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, verilən kreditlərin 1,38 mln. manatdan çoxu və yaxud 10,3%-i qısamüddətli, 12 mln. manatdan çoxu və yaxud 89,7%-i uzunmüddətli kreditlər olub.

1 fevral 2020-ci il tarixə Naxçıvan Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 85342-yə çatıb ki, bunun da 75092-si və ya 88% aktiv hesablardır. Bu ilin yanvar ayında açılan 2984 bank hesabının 2973-ü aktiv hesablar olub.

1 fevral 2020-ci il tarixə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 278-ə təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR