Naxçıvanda kreditləşmənin həcmi 40% artıb

Naxçıvanda kreditləşmənin həcmi 40% artıb
# 25 noyabr 2020 10:52 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 153,8 mln. manata yaxın kredit verilib ki, bu da bir il öncəki göstəricidən 40% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, kreditlərin 16,2 mln. manatdan çoxu və yaxud 10,5%-i qısamüddətli, 137,58 mln. manatdan çoxu və yaxud 89,5%-i isə uzunmüddətli kreditlər olub.

Noyabrın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 91 075-ə çatıb ki, bunun da 79 458-i və ya 87,2%-i aktiv hesablardır. 2020-ci ilin yanvar-oktyabr aylarında açılan 31 462 bank hesabının 31 453-ü aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 oktyabr tarixinə 1 397-yə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR