Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 2% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 2% artıb
# 13 may 2020 15:30 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları üzrə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 17 652,7 min manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 79,7%-i mobil rabitənin payına düşüb. Bu ilin ilk dörd ayında mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 2% üstələyərək 14 071,6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR