Naxçıvanda orta aylıq əməkhaqqı 19% artaraq 520 manata çatıb

Naxçıvanda orta aylıq əməkhaqqı 19% artaraq 520 manata çatıb
  • Clock-gray 15:20
  • calendar-gray 11 İyun 2020

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 519,9 manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

Hüseyn Vəliyev

Digər xəbərlər