Naxçıvanda orta aylıq əməkhaqqı 6% artıb

Naxçıvanda orta aylıq əməkhaqqı 6% artıb
# 13 mart 2021 11:55 (UTC +04:00)

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 536 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur.

Qeyd etmək lazımdır ki, ötən ilin yanvar ayında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 503,9 manata bərabər olub.

Xatırladaq ki, ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 535,8 manat təşkil edib, bu da illik müqayisədə 10,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR