Naxçıvanda ötən ay deflyasiya qeydə alınıb

Naxçıvanda ötən ay deflyasiya qeydə alınıb
# 25 fevral 2020 16:40 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan iqtisadi rayonlarından yalnız Naxçıvan Muxtar Respublikasında deflyasiya qeydə alınıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayına nisbətən 99,7% təşkil edib.

Bu müddətdə ərzaq məhsulları, içki və tütün 0,3%, qeyri-ərzaq məshulları 0,1%, xidmətlər isə 0,5% ucuzlaşıb.

Qeyd edək ki, muxtar respublikada illik inflyasiya 3,1% təşkil edib. İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məhsulları üzrə 104,3%, qeyri-ərzaq məhsulları üzrə 101,4%, xidmətlər üzrə 102,5% təşkil edib.

Xatırladaq ki, aylıq inflyasiya Abşeron iqtisadi rayonunda 1,1%, Gəncə-Qazax iqtisadi rayonunda 1,0%, Lənkəran iqtisadi rayonunda 1%, Aran iqtisadi rayonunda 0,9%, Yuxarı Qarabağ iqtisadi rayonunda 0,7%, Quba-Xaçmaz 0,6%, Dağlıq Şirvan 0,6%, Şəki-Zaqatala 0,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR