Naxçıvanda rabitə xidmətlərinin dəyəri ötən il 5,2% artıb

Naxçıvanda rabitə xidmətlərinin dəyəri ötən il 5,2% artıb
# 14 yanvar 2021 10:35 (UTC +04:00)

2020-ci ildə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu il ilə müqayisədə 5,2% artaraq 55 491,3 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 78,1%-i mobil rabitənin payına düşüb. Ötən il Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin göstəricisini 1,4% üstələyərək 43 345,6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR