Naxçıvanda rabitə xidmətlərinin dəyəri yanvar-noyabrda 4,7% artıb

Naxçıvanda rabitə xidmətlərinin dəyəri yanvar-noyabrda 4,7% artıb
  • Clock-gray 09:32
  • calendar-gray 14 Dekabr 2020

Bu ilin yanvar-noyabr ayları üzrə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artaraq 52 039,2 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 79,2%-i mobil rabitənin payına düşüb. Bu ilin 11 ayında mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,6% üstələyərək 41 250,6 min manat təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər