Naxçıvanda yanvar-oktyabrda orta aylıq əməkhaqqı 19%-dən çox artıb

Naxçıvanda yanvar-oktyabrda orta aylıq əməkhaqqı 19%-dən çox artıb
# 14 dekabr 2020 10:10 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 529,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 528 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR