Naxçıvanın ÜDM-i 0,3% artıb

Naxçıvanın ÜDM-i 0,3% artıb
# 12 mart 2021 12:12 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni ayına nisbətən (müqayisəli qiymətlər üzrə) 0,3% artaraq 369 178,1 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yanvarda Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,7% artaraq 799,8 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin ilk iki ayında sənaye üzrə 179 625,7 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR