Naxçıvanın ÜDM-i 0,7% artıb

Naxçıvanın ÜDM-i 0,7% artıb
  • Clock-gray 09:48
  • calendar-gray 28 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,7% artaraq 2 101 254,0  min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 4 564,0  manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-sentyabr aylarında sənaye üzrə 836 951,4 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyib.

Hüseyn Vəliyev

Digər xəbərlər