Naxçıvanın ÜDM-i yanvar-sentyabrda 0,9% artıb

Naxçıvanın ÜDM-i yanvar-sentyabrda 0,9% artıb
# 24 noyabr 2020 17:15 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 0,9% artaraq 2 292 937,0 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 4 978,2 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-oktyabr aylarında sənaye üzrə 900 258,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1,3% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR