Naxçıvanın xarici ticarət dövriyyəsi 10%-dək artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 10%-dək artıb
# 12 mart 2021 12:30 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayının müvafiq göstəricisi ilə müqayisədə 10% artaraq 56 280 min ABŞ dolları təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə bu ilin yanvarında ixracın həcmi 0,8% artaraq 37 340,9 min dollar olub. Hesabat dövründə idxalın həcmi 18 939,1 min dollar təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 134,2% çoxdur.

Nəticədə, 18 401,8 min dollarlıq müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR