Naxçıvanın xarici ticarət dövriyyəsi 3% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 3% artıb
# 14 dekabr 2020 09:45 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 3% üstələyərək 450 839,2 min ABŞ dolları təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin 11 ayında ixracın həcmi 0,8% artaraq 387 539,9 min dollar olub. Hesabat dövründə idxalın həcmi 63 299,3 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 19,2% üstələyir. Nəticədə, 324 240,6 min dollarlıq müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR