Naxçıvanın xarici ticarət dövriyyəsi ötən il 2,7% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi ötən il 2,7% artıb
# 14 yanvar 2021 10:50 (UTC +04:00)

2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq göstəricisini 2,7% üstələyərək 510 547,4 min ABŞ dolları təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin göstəricisi ilə müqayisədə 2020-ci ildə ixracın həcmi 0,7% artaraq 428 520,4 min dollar olub. Hesabat dövründə idxalın həcmi 82 027,0 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisini 14,7% üstələyir. Nəticədə, 346,493.4 min dollarlıq müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR