Naxçıvanın xarici ticarət dövriyyəsi yanvar-sentyabrda 0,8% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi yanvar-sentyabrda 0,8% artıb
  • Clock-gray 10:06
  • calendar-gray 28 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 0,8% üstələyərək 356 811,2 min ABŞ dolları təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin doqquz ayında ixracın həcmi 0,8% artaraq 309 992,0 min dollar olub. Hesabat dövründə idxalın həcmi 46 819,2 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 6,8% üstələyir.

Hüseyn Vəliyev

Digər xəbərlər