Nazir: “2021-ci ildə əsas prioritet Qarabağın yenidən qurulması və Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”

Nazir: “2021-ci ildə əsas prioritet Qarabağın yenidən qurulması və Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”
# 29 dekabr 2020 11:18 (UTC +04:00)

“Son 5 ildə sosualyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi artıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2021-ci il dövlət büdcəsinin sosialyönümlü xərclərin artımı 5,3% təşkil edib: “Ölkədə məşğulluq tədbirləri çərçivəsində yeni iş yerləri yaradılması tədbirlərinin davam etdirilməsi, pandemiya ilə əlaqədar əhalinin həssas qruplarına yardımlar edilməsi, yeni tələbə kreditlərinin, o cümlədən həssas qrup ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsi və s. sosialyönümlü xərclərin artımına səbəb olub. Pandemiya və pandemiyanın yaratdığı mənfi fəsadlar Azərbaycana da təsir edib. Həmin təsirlərin nəticəsidir ki, dövlət büdcəsinin gəlirləri azalıb. Əsasən, vergi və gömrük daxilolmalarını nəzərdə tuturam. Pandemiya ilə yanaşı, 44 gün ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əzəli Azərbaycan torpaqlarının işğalına son qoyub. Bütün prosesləri nəzərə almalıyıq. Bizim üçün 2021-ci ildə əsas prioritet məsələ Qarabağın yenidən qurulması və Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR