Nazir: “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”

Nazir: “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”
# 23 dekabr 2020 13:00 (UTC +04:00)

“2021-ci ilin xərclərinin 5 milyard manatı əhaliyə ödənişlərin payına düşür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 2021-ci ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait artıb: “Növbəti ildə yaşa görə pensiyanın ümumi məbləği 370 manat, əlilliyə görə isə 337 manat olaraq planlaşdırılır. Ölkəmiz həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur. Ümumilikdə 27 növ xidmət elektron qaydada təyin edilir. Elektronlaşma ümumi pensiya təyinatlarının 85%-ni əhatə edir. Hazırda 16 növ elektron arayış vətəndaşların istifadəsinə verilib. İlin sonuna qədər elektron arayışların sayının 30-a çatdırılması planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR