Nazir: “Onların uğrunda şəhid olduqları vətən torpaqlarının yenidən qurulması qarşımızda duran ən ümdə məsələdir”

Nazir: “Onların uğrunda şəhid olduqları vətən torpaqlarının yenidən qurulması qarşımızda duran ən ümdə məsələdir”
# 23 dekabr 2020 11:20 (UTC +04:00)

“Sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub: “Bu şanlı zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq. Onların uğrunda şəhid olduqları vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Dövlət başçısının qeyd etdiyi kimi Qarabağ əsl cənnətə çevriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR