Nazir: "Türk Şurasına üzv ölkələrin yerli valyutalarla ticarəti beynəlxalq ticarəti asanlaşdırar"

Nazir: "Türk Şurasına üzv ölkələrin yerli valyutalarla ticarəti beynəlxalq ticarəti asanlaşdırar"
# 06 may 2020 17:19 (UTC +04:00)

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr arasında yerli valyutalarla ticarəti genişləndirmənin mümkün olduğunu bildirib.

APA-nın "Demirören" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, R. Pekcan deyib ki, milli valyutalarla ticarət beynəlxalq ticarəti asanlaşdırır.

Türk Şurasının COVID-19 pandemiyası dönəmini izlədiyini deyən nazir onu da bildirib ki, pandemiyadan sonra da üzv ölkələr arasında yerli milli valyutalarla ticarətin aparılması iş adamlarının xarici valyuta ilə ticarətindəki problemləri aradan qaldıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR