Nazir muzdlu işçilərə ödənişin hansı meyar əsasında müəyyən olunacağını və məbləği açıqlayıb

Nazir muzdlu işçilərə ödənişin hansı meyar əsasında müəyyən olunacağını və məbləği açıqlayıb
# 08 aprel 2020 18:37 (UTC +04:00)

Müəssisələr tərəfindən muzdlu işçilərə ödənilən əmək haqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta aylıq əmək haqqı məbləği götürülüb. Bu məbləğ 712 manat təşkil edib.

APA-Economics”in verdiyi xəbərə görə, bunuAzərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu məbləğdən daha aşağı olan hər bir işçinin tam həcmdə əmək haqqısı dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əmək haqqından daha yuxarı əmək haqqı alan işçi üçün maksimal hədd orta aylıq əmək haqqı səviyyəsində götürüləcək”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutulur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əmək haqqı həddini aşmamaq şərtilə hesablanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR