Neft Fondu bu il "AAA" və "AA" reytinqli investisiya alətlərinə üstünlük verib

Neft Fondu bu il "AAA" və "AA" reytinqli investisiya alətlərinə üstünlük verib
# 16 iyul 2020 13:10 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında ("Cənub Qaz Dəhlizi", Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxma şərti ilə) bu ilin iyunun 30-a birinci yerdə (58,3% ilə) "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-in 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, investisiyaların 11,1%-i "A" reytinqli, 21,3%-i "AA" reytinqli, 7,9%-i "BBB" reytinqli, 1,4%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 33,2%-i 0-1 il, 31,9%-i 1-3 il, 20,9%-i 3-5 il, 14%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 42 636,66 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR