"Nokia" 10 minədək işçisini ixtisar edə bilər

"Nokia" 10 minədək işçisini ixtisar edə bilər
# 16 mart 2021 12:18 (UTC +04:00)

Finlandiyanın "Nokia" şirkəti növbəti iki ildə 5 mindən 10 minədək işçisini ixtisar etməyi planlaşdırır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu qərarı telekommunikasiya şirkəti xərcləri azaldaraq daha çox tədqiqat və araşdırma işlərinə yatırması planları ilə əsaslandırır. "Nokia"nın açıqlamasında bildirilir ki, 2023-cü ilədək yenidənqurma və əlaqəli xərclərin 600-700 mln. avroya çatacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR