Norveç hökuməti iqtisadiyyatın bərpasına rekord 41 mlrd. dollar xərcləyəcək

Norveç hökuməti iqtisadiyyatın bərpasına rekord 41 mlrd. dollar xərcləyəcək
# 12 may 2020 16:28 (UTC +04:00)

Norveç hökuməti aktivləri 1 trln. ABŞ dolları dəyərində olan Dövlət Pensiya Fondundan son 10 il ərzində ilk dəfə koronavirus pandemiyasının mənfi təsirlərinə məruz qalan iqtisadiyyata kömək üçün 40,6 mlrd. dollar (fondun aktivlərinin 4,2%-i) ayıracaq.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumat görə, ölkə 2008-ci ilin böhranından bəri ilk dəfə olaraq Fondun 2017-ci ildə 3% səviyyəsində təyin olunan vəsaitçıxarma tavanını aşır.

Eyni zamanda Norveçin Maliyyə Nazirliyi neft istehsalından sonra ölkənin ikinci ən böyük sektoru olan balıqçılıq sahəsinə yeni vergi tətbiq etməyi planlaşdırdığını bildirib.

Hökumət bu ayın sonunda iqtisadiyyatın bərpa prosesi üçün uzunmüddətli yol xəritəsini təqdim etməyə hazırlaşdığına görə xərclərin gələcək aylarda daha da artacağını gözləyir.

Qeyd edək ki, Maliyyə Nazirliyi bu il ölkə iqtisadiyyatının 4% azalacağını, 2021-ci ildə isə 4-7% aralığında artacağını proqnozlaşdırır. Bundan əlavə, ötən həftə Norveçin Mərkəzi Bankı uçot dərəcəsini 0%-ə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR