Noyabrda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Noyabrda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
  • Clock-gray 09:49
  • calendar-gray 05 İyun 2020

Bu ilin noyabr ayında Bakıda V Beynəlxalq Bankçılıq Forumunun keçirilməsi planlaşdırılır.

APA-Economics” bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, inflüenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır.

Qeyd edək ki, 2020-ci il may ayında keçirilməsi nəzərdə tutulan “Fintex Sammit” hazırda qlobal narahatlığa səbəb olan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən COVID-19 virusu səbəbiylə bilinməyən bir tarixə təxirə salınıb.

“Fintex Sammit” və “Beynəlxalq Bankçılıq Forumu” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil edilən və regionun qabaqcıl maliyyə və bankçılıq tədbirləridir.

Xatırladaq ki, IV Beynəlxalq Bankçılıq Forumu ötən il 6-7 noyabr tarixində keçirilib.

Nərmin Rəhimova

Digər xəbərlər