OECD: Qlobal ÜDM ən pis halda bu il 7,6% azalacaq

OECD: Qlobal ÜDM ən pis halda bu il 7,6% azalacaq
# 10 iyun 2020 13:05 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) bu il dünya iqtisadiyyatının COVID-19 pandemiyasının ikinci dalğasına məruz qaldığı halda 7,6% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in "OECD Economic Outlook" adlı hesabatın iyun buraxılışına istinadən verdiyi məlumata görə, əgər dünya koronavirusun ikinci dalğasından yayına bilsə, iqtisadi azalma 6% səviyyəsində olacaq. Təkdalğalı koronavirus ssenarisi halında dünyada ÜDM istehsalı 2021-ci ildə 5,2% artacaq, ikinci dalğa olan ssenari halında isə iqtisadi artım 3,1% təşkil edəcək.

İnflyasiyaya gəldikdə isə, ikinci dalğanın olacağından asılı olmayaraq, qlobal qiymət artımı 1,1% təşkil edəcəyi gözlənilir.

Bundan əlavə, OECD-yə görə, bu il virusun cəmi bir dalğasının olacağı təqdirdə dünyada ticarət dövriyyəsinin 9,5%, ikinci dalğa olacağı təqdirdə isə 11,4% azalacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR