OECD qlobal iqtisadiyyatın böhrandan əvvəlki səviyyəyə qayıdacağı müddəti açıqlayıb

OECD qlobal iqtisadiyyatın böhrandan əvvəlki səviyyəyə qayıdacağı müddəti açıqlayıb
# 01 dekabr 2020 15:50 (UTC +04:00)

COVID-19 pandemiyasından ağır zərbə alan dünya iqtisadiyyatı artıq bir ildən sonra böhrandan əvvəlki səviyyəyə qayıda bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dekabr proqnozunda deyilir.

Təşkilatın mütəxəssisləri qeyd edir ki, COVID-19-a qarşı peyvəndin yaxın zamanlarda buraxılması barədə xəbərlərdən sonra qlobal iqtisadiyyatın perspektivləri bir qədər aydınlaşıb. Hesabata görə, müxtəlif ölkə hökumətlərinin və mərkəzi bankların ölçüləri sayəsində dünya COVID-19-un yarada biləcəyi ən pis iqtisadi böhran ssenarisinin qarşını artıq ala bilib.

Qeyd edək ki, OECD-in yenilənmiş dekabr gözləntilərinə əsasən, bu il dünya iqtisadiyyatı 4,2%-lik azalma ilə üzləşsə də, 2021-ci ildə qlobal ÜDM istehsalı 4,2%, 2022-ci ildə isə 3,7% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR