Ödəmə qabiliyyətini itirmiş banklarla əlaqədar tətbiq edilən vergi güzəştinin müddəti artırılır

Ödəmə qabiliyyətini itirmiş banklarla əlaqədar tətbiq edilən vergi güzəştinin müddəti artırılır
  • Clock-gray 15:07
  • calendar-gray 26 Yanvar 2021

Ödəmə qabiliyyətini itirmiş banklarla əlaqədar tətbiq edilən vergi güzəştinin müddəti artırılır. 

APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan Məcəlləyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olub. 

Dəyişikliyə əsasən, bu müddət artırılır. Layihəyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 5 il müddətinə azad edilir. 

 

Firuzə Vahid

Digər xəbərlər