Orta Şərq və Mərkəzi Asiya regionunda bu il ÜDM 4,4% azalacaq, gələn il 2,9% artacaq - PROQNOZ

Orta Şərq və Mərkəzi Asiya regionunda bu il ÜDM 4,4% azalacaq, gələn il 2,9% artacaq - PROQNOZ
# 19 oktyabr 2020 18:02 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni proqnozuna əsasən, Orta Şərq və Mərkəzi Asiya regionunda (MENAP) ÜDM istehsalı bu il 4,4% azalacaq, 2021-ci ildə isə 2,9% artacaq.

"APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook"un oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, bu il regionda inflyasiya 9,5%, gələn il isə 9,9% olacağı gözlənilir.

Fond bu il üçün MENAP ölkələrində ÜDM üzrə ən optimistik proqnozu neft idxalçısı olan Misirə verib. BVF-nin proqnozlarına əsasən, sözügedən ölkədə bu il iqtisadiyyat 3,5%, 2021-ci ildə isə 2,8% artacaq. Ən bədbin gözləntilər isə neft ixracatçısı olan Liviya üzrədir. Belə ki, bu ölkədə cari ildə ÜDM-in 66,7% azalacağı, 2021-ci ildə isə 76% artacağı gözlənilir.

İnflyasiya gəldikdə, Fond bu il regionda ən yüksək istehlak qiymətlərinin artımının neft idxalçısı olan Livanda olacağını proqnozlaşdırır – 85,5%. Neft ixracatçısı olan Qətərdə isə bu il 2,2%-lik deflyasiya, 2021-ci ildə isə 1,8%-lik qiymət artımı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR