Ötən il Azərbaycan Gürcüstanın ikinci əsas ixrac tərəfdaşı olub

Ötən il Azərbaycan Gürcüstanın ikinci əsas ixrac tərəfdaşı olub
# 20 yanvar 2021 11:38 (UTC +04:00)

2020-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 14.8% azalaraq 11 347.7 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Hesabat dövründə Gürcüstanın ixracı 12% azalaraq 3 342.1 mln. dollar, idxalı isə 15.9% azalaraq 8 005.6 mln. dollar təşkil edib. 2020-ci ildə qonşu ölkənin mənfi ticarət saldosu 4 663.4 mln. dollar təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 41.1%-nə bərabər olub.

2020-ci ildə Gürcüstanın əsas ixrac tərəfdaşları Çin ( 476.3 mln. dollar), Azərbaycan (441.3 mln. dollar) və Rusiya Federasiyası (441.1 mln. dollar) olub. Ötən il qonşu ölkənin əsas ixrac məhsulu mis filizi və konsentratları olub (729.4 mln. dollar). Bu məhsulun ixracı ümumi ixracın 12.1%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR