Ötən il Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfəyə yaxın artıb
# 14 yanvar 2020 13:30 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4 509 496,04 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 1 106 649,95 min dollar və ya 32,52% artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2019-cu ildə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2 862 694,6 min dollar təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 1 036 713,1 min dollar və ya 56,8% çoxdur. İdxalın həcmi isə 1 646 801,46 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 69 936,85 min dollar və ya 4.4% artıb.

Nəticədə, 1 215 893,12 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 966 776,3 min dollar və ya 4,9 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR