Ötən il hər bir Azərbaycan sakini ödənişli xidmətlərə orta hesabla 970 manat xərcləyib

Ötən il hər bir Azərbaycan sakini ödənişli xidmətlərə orta hesabla 970 manat xərcləyib
# 21 yanvar 2020 17:57 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə real ifadədə 3,1% artaraq 9 607,3 mln. manat olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6953,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,4%-ni təşkil edib.

Hesabat ili ərzində hər bir ölkə sakini orta hesabla 970 manatlıq və ya 2018-ci illə müqayisədə nominal ifadədə 40,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR