"PAŞA Həyat" III rübün maliyyə nəticələrini açıqlayıb

"PAŞA Həyat" III rübün maliyyə nəticələrini açıqlayıb
# 29 oktyabr 2020 11:34 (UTC +04:00)

Azərbaycanın lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2020-ci ilin III rübü üzrə beynəlxalq standartlara uyğun maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “PAŞA Həyat sığorta yığımlarına görə bütün sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. 2020-ci ilin yarımillik nəticələrinə görə, PAŞA Həyat topladığı sığorta haqlarının və etdiyi sığorta ödənişlərinin həcmini artırıb. Pandemiya dövrünə baxmayaraq şirkət inamlı olaraq maliyyə bazarında fəaliyyət göstərir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılmış sığorta haqları 18% artaraq 194 mln. manat, sığorta ödənişləri isə 2 dəfədən çox artaraq 153 mln. manat təşkil edib. Digər tərəfdən, ödənişlərin ikiqat artmasına baxmayaraq PAŞA Həyatın xalis mənfəəti keçən ilin həmin dövrü ilə müqayisədə 0,5% artaraq 16,7 mln. manat təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə 20 mln. manatadək artıb.

Lider sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. 31 dekabr 2019-cu il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR