"PAŞA Həyat" və "PAŞA Sığorta" Şuşada müştərək nümayəndəlik açacaq

"PAŞA Həyat" və "PAŞA Sığorta" Şuşada müştərək nümayəndəlik açacaq
# 16 dekabr 2020 13:02 (UTC +04:00)

Azərbaycanın aparıcı sığorta şirkətləri olan “PAŞA Sığorta” və “PAŞA Həyat” sığorta şirkətləri qısa zamanda Şuşa şəhərində müştərək nümayəndəliyin açılışını planlaşdırır.

“PAŞA Sığorta” və “PAŞA Həyat” sığorta şirkətləri olaraq düşmən işğalından azad edilmiş Qarabağda yeni nümayəndəliyimizin yaradılmasından qürur hissi duyuruq.

“PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bu günü çoxdan gözlədiklərini, nəhayət arzularını reallaşdıra biləcəkləri üçün böyük sevinc hissi keçirdiklərini qeyd edib.

“Vətən bizi çağırır və biz Qarabağa gəlirik. Uzun illərdən bəri torpağına, suyuna həsrət qaldığımız doğma Şuşamızdan artıq qürurla xalqımızı “Etibarınıza və rahatlığınıza zəmanət” şüarına səsləyə biləcəyik”, - deyə Ü. Cabbarova bildirib.

“PAŞA Həyat” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov da fikirlərini bölüşüb: “Bu gün rəşadətli ordumuza və Ali Baş Komandana bu imkanı bizə yaratdıqları üçün minnətdarıq. Qarabağ bölgəsinin iqtisadi inkişafı üçün biz də əlimizdən gələni etməyə hazırıq. Həsrət bitdi. Qarabağa həyat qayıdır”.

Artıq biz xəyallarda deyil, real olaraq Qarabağda addımlayırıq. Düşmənin talan etdiyi torpaqlarımızda canlı həyatı biz dövlət və xalq olaraq ən qısa zamanda bərpa etməyi bacaracağıq. Azərbaycan bazarında fəaliyyət göstərən digər şirkətlər də birlik göstərərək bu bölgəmizin iqtisadiyyatının canlanmasına öz töhfəsini verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR