Pandemiyadan zərər çəkən 34 630 sahibkara 46,915 mln. manat maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən 34 630  sahibkara 46,915 mln. manat maliyyə dəstəyi göstərilib
# 16 aprel 2020 17:40 (UTC +04:00)

Pandemiya nəticəsində zərərə məruz qalmış 34 min 630 sahibkara 46 mln. 915 min manat maliyyə dəstəyi göstərilib.

"APA-Economics"ə bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bu günkü tarixə 5 tranş çərçivəsində ümumilikdə 46 mln. 915 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.

Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 11 min 607 vergi ödəyicisinə 28 mln. 210 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 23 min 23 fərdi (mikro) sahibkara 18 mln. 705 min manat olmaqla, ümumilikdə 34 min 630 vergi ödəyicisinə 46 mln. 915 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Qeyd edək ki, Tədbirlər Planında pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında Xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə gündəlik əsasda davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR