"Pfizer"in xalis mənfəəti ötən il 41% azalıb

"Pfizer"in xalis mənfəəti ötən il 41% azalıb
# 02 fevral 2021 17:36 (UTC +04:00)

Ötən il ABŞ-ın "Pfizer Inc." əczaçılıq şirkətinin xalis mənfəəti illik ifadədə 41% azalaraq 9,616 mlrd. dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat ilində şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti 2019-cu ildəki 2,87 dollara qarşı 1,71 dollar təşkil edib. Şirkətin gəliri 2% artaraq 41,9 mlrd. dollara çatıb.

Ötən ilin IV rübündə "Pfizer" 594 mln. dollar məbləğində xalis mənfəət eldə edib, halbuki şirkət 2019-cu ili 337 mln. dollar zərərlə başa vurmuşdu. Hesabat rübündə şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti 0,1 dollar olub, 2019-cu ilin analoji rübündə isə səhm üzrə 0,06 dollarlıq zərər qeydə alınmışdı. "Pfizer"in rüblük gəliri 12% artaraq 11,684 mlrd. dollara çatıb.

Xatırladaq ki, "Pfizer Inc." 1849-cu ildə ABŞ-da təsis edilib. Hazırda şirkət əczaçılıq sənayesində dünya liderlərindən biridir. Şirkətin qərargahı Nyu-Yorkda, əsas tədqiqat mərkəzi isə Konnektikut ştatının Qroton şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR