Postsovet ölkələrinin dövlət borcu üzrə reytinqi - TOP-10

Postsovet ölkələrinin dövlət borcu üzrə reytinqi - TOP-10
# 01 mart 2021 17:10 (UTC +04:00)

2021-ci ilin yanvar ayının 1-nə postsovet ölkələri arasında ümumi dövlət borcunun ÜDM-ə nisbəti üzrə ən aşağı göstəricilər Azərbaycan və Rusiyada qeydə alınıb.

"APA-Economics"in ölkələrin maliyyə və statistika nazirliklərinin məlumatları əsasında apardığı hesablamalarına görə, Azərbaycanda məcmu dövlət borcu 9,96 mlrd. ABŞ dolları və ya ÜDM-in 23,4%-ni, Rusiyada isə bu göstərici 256,8 mlrd. dollar və ya ÜDM-in 17,8%-ni təşkil edib.

Qeyd edək ki, sözügedən ölkələr arasında ümumi dövlət borcunun ÜDM-ə ən yüksək nisbəti Qırğızıstanda və Ermənistandadır. Qırğızıstanda dövlət borcu 4,93 mlrd. dollar və ya ÜDM-in 69,9%-ni, Ermənistanda isə ümumi dövlət borcu 2021-ci ilin əvvəlinə 7,43 mlrd. dollar təşkil edib ki, bu da ÜDM-in 63,4%-nə bərabərdir.

"APA-Economics"in postsovet ölkələrinin 2021-ci ilin yanvarın 1-nə olan ümumi dövlət borcunun ÜDM-ə nisbəti üzrə reytinqi:

#

Ölkə

Dövlət borcunun ÜDM-dəki payı, %

Dövlət borcunun həcmi, mlrd. $

1

Rusiya

17,8

256,8

2

Azərbaycan

23,4

9,96

3

Qazaxıstan

29,6

49,5

4

Moldova*

34,3

2,09

5

Belarus

37,3

22,14

6

Özbəkistan

40,4

23,3

7

Ukrayna

56,8

90,26

8

Gürcüstan

60,7

9,39

9

Ermənistan

63,4

7,43

10

Qırğızıstan

69,9

4,93

11

Türkmənistan**

-

-

*Məlumat 2020-ci ilin oktyabrın 1-nədir

*Sözügedən ölkə haqqında məlumat mövcüd deyil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR