Qazaxıstanın ÜDM-i 2,8% azalıb

Qazaxıstanın ÜDM-i 2,8% azalıb
  • Clock-gray 09:54
  • calendar-gray 10 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Qazaxıstanda ÜDM istehsalı 2,8% azalıb.

"APA-Economics"in Qazaxıstan mütbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin milli iqtisadiyyat naziri Ruslan Dalenov deyib.

"Real sektorun artım tempi 2%-dək sürətlənib. Xidmət istehsalında artım dinamikası mənfi 5,9%-ə yaxşılaşıb. Nəticədə, ÜDM istehsalı 2,8% azalıb. İllik inflyasiya 7,3%-ə bərabər olub", - nazir bildirib.

Qeyd edək ki, cari ilin mart ayında Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi bu ilin sonuna ÜDM-in 4,1% artacağını proqnozlaşdırırdı. Lakin aprelin əvvəlində, dünya əmtəə və maliyyə bazarlarındakı çöküşdən sonra, proqnoz yenidən nəzərdən keçirilərək, 0,9%-lik azalma ilə əvəzlənib. Öz növbəsində Qazaxıstan Milli Bankı sentyabrın 7-də ÜDM üzrə azalma proqnozunu əvvəlki 1,8%-dən 2-2,3%-dək korrektə edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Qazaxıstan iqtisadiyyatı 2,9% azalıb. Qazaxıstanın 2020-ci il üçün sosial-iqtisadi inkişafının yenilənmiş proqnozuna əsasən, bu il ÜDM istehsalı 2,1% azalacaq.

APA-Economics

Digər xəbərlər