Qlobal daşınmaz əmlaka yatırılan investisiyalar bu il 40%-dək azalacaq

Qlobal daşınmaz əmlaka yatırılan investisiyalar bu il 40%-dək azalacaq
  • Clock-gray 14:10
  • calendar-gray 03 Dekabr 2020

İlkin məlumatlara görə, 2020-ci ildə qlobal daşınmaz əmlaka yatırılan investisiyaların həcmi ötən ilə nisbətən 38% azalaraq 670 mlrd. dollara düşəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə verdiyi açıqlamada CBRE konsaltinq şirkətinin baş direktoru, kapital bazarları və investisiyalar şöbəsinin rəhbəri İrina Uşakova deyib.

CBRE-yə görə, ən böyük azalma Amerika qitəsində baş verib – 43%. Avropa, Orta Şərq, Afrika (EMEA) və Asiya-Sakit okean bölgələrinin hər birində isə azalma 30% olub.

Eyni zamanda, İ. Uşakova qeyd edib ki, qlobal likvidlik artıqlığı səbəbindən artıq 2021-ci ildə investisiyaların 50% artacağı gözlənilir.

APA-Economics

Digər xəbərlər