Qlobal iqtisadiyyat bu il 5,2% artacaq - PROQNOZ

Qlobal iqtisadiyyat bu il 5,2% artacaq - PROQNOZ
# 11 fevral 2021 15:16 (UTC +04:00)

Avropa Komissiyası 2021-ci ildə qlobal iqtisadiyyatın bərpası üzrə gözləntilərini yaxşılaşdıraraq, proqnozunu 4,7%-dən (payız proqnozu) 5,2%-dək yüksəldib.

"APA-Economics"in Komissiyanın qış hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci il üzrə proqnoz 3,7%-dən 3,8%-dək yaxşılaşdırıb.

Qeyd edək ki, sözügedən proqnozların yüksəldilməsi COVID-19 pandemiyasına qarşı vaksinasiya proqramlarının yayılması fonunda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR