Qlobal suveren fondlar ötən ilin sonunda aktivlərin 16,3 mlrd. dollarını xərcləyib

Qlobal suveren fondlar ötən ilin sonunda aktivlərin 16,3 mlrd. dollarını xərcləyib
# 24 fevral 2021 12:20 (UTC +04:00)

2020-ci ilin IV rübündə dünyadakı suveren rifah fondları uzunmüddətli aktivlərin 16,3 mlrd. dollar dəyərində olan hissəsini ehtiyatlarından çıxarıblar.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə "eVestment" şirkətinin araşdırmasına deyilir.

Qeyd edilir ki, Azərbaycan (Dövlət Neft Fondu), Norveç və Qazaxıstan fondlarında həyata keçirilmiş planlaşdırılmış məxariclər sözügedən ölkələrin COVID-19 pandemiyası ilə mübarizəsinə yönəlib.

Qeyd edilir ki, suveren rifah fondları öz ehtiyatlarından edilən məxariclərdə ən çox gələcəkdə investisiya olunacaq uzunmüddətli aktivlərin satışına üstünlük veriblər və onların ümumi həcmi yuxarıda qeyd olunduğu kimi, 16,3 mlrd. dollar təşkil edib. Bu rəqəm 2017-ci ilin I rübündən bəri ən yüksək göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR