Qlobal ticarətin bərpası yenidən ləngiyəcək - PROQNOZ

Qlobal ticarətin bərpası yenidən ləngiyəcək - PROQNOZ
# 10 fevral 2021 11:02 (UTC +04:00)

Qlobal ticarət dövriyyəsinin bərpasının COVID-19 pandemiyası səbəbindən 2021-ci ilin I rübündə yenidən yavaşlayacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "Ticarət və İnkişaf 2020" adlı hesabatında deyilir.

Qeyd edilir ki, cari ilin I rübündə qlobal əmtəə dövriyyəsi 1,5%, xidmət dövriyyəsi isə 7% azalacaq. Lakin BMT sözügedən proqnozları qəti saymır və səbəblər kimi, pandemiyanın yayılmasını və gələcək stimullaşdırıcı paketləri göstərir.

Xatırladaq ki, 2020-ci il ərzində qlobal ticarətin həcmi 9%, təkcə ötən ilin I rübündə isə 15% azalmışdı. 2020-ci ilin sonuncu rübündə qlobal ticarət dövriyyəsinin həcmi rüblük müqayisədə 12% artmışdı və artımın əsas drayveri Şərqi Asiya ölkələrində fəaliyyətin bərpası olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR