Qənirə Paşayeva: “Dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır”

Qənirə Paşayeva: “Dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır”
# 05 iyun 2020 12:44 (UTC +04:00)

“Hesablama Palatasının rəyinə görə, 26 dövlət proqramı hesabatda əks olunmur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır: “Dövlət proqramının icrası ilə bağlı məlumatlar nəyə görə bu sənəddə əksini tapmamalıdır? Bu, çox vacib sualdır. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyətlə bağlıdır. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində burada korrupsiya əməllərini gördük. Ona görə də dövlət proqramlarının icrası ilə bağlı məlumatlar mütləq qeyd edilməlidir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də əksini tapmalıdır. Məlumat bazasını tam yarada bilmiriksə, burada hansısa şəffaflıqdan danışa bilmərik. Bu il şəkərli diabet, hemofiliyalı xəstələrlə bağlı dövlət proqramlarının icrası başa çatır. Amma proqramın icrasında bir sıra vacib məsələlər həllini tapmamış qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR