RWE-nin xalis mənfəəti altı dəfəyə yaxın azalıb

RWE-nin xalis mənfəəti altı dəfəyə yaxın azalıb
# 12 noyabr 2020 11:18 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Almaniyanın RWE AG enerji şirkətinin xalis mənfəəti 5,7 dəfə azalaraq 1,583 mlrd. avroya təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Səhm üzrə mənfəət bir il əvvəlki 14,79 avroya qarşı 2,54 avro olub. Bununla belə, EBIDTA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstərici 50% artaraq 2,224 mlrd. avroya çatıb. Gəlirlər 3,6% artaraq 9,392 mlrd. avro təşkil edib. Enerji istehsalı doqquz ayda 5,8% azalıb – 101,5 mlrd. kVt-saatadək.

Cari ilin III rübündə RWE 573 mln. avro həcmində xalis mənfəət əldə edib ki, bu da illik ifadədə 14,4 dəfə azdır. Ötən rüb səhm üzrə mənfəət 0,9 avro olub, halbuki ötən ilin III rübündə bu göstərici 13,44 avroya bərabər idi. Hesabat rübündə şirkətin gəlirləri 11% artaraq 2,917 mlrd. avroya çatıb.

RWE cari il üçün proqnozunu da təsdiqləyib. Şirkət EBIDTA üzrə korrektə edilmiş göstəricinin 2,7-3 mlrd. avro təşkil edəcəyini gözləyir. Ötən il bu rəqəm 2,489 mlrd. avroya bərabər olub.

Xatırladaq ki, RWE AG – Avropanın ən böyük enerji konsernlərindən biridir. Şirkət Avropa ölkələrinə elektrik enerjisi və qaz tədarükü və satışı ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR