"Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO

"Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO
  • Clock-gray 15:11
  • calendar-gray 03 İyul 2020

“Rabitəbank” ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədi ilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində ailələrə öz bizneslərini qurmaq üçün dəstək göstərməyə davam edir.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və “Rabitəbank”ın birgə icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq, istehsal və ya xidmət sahəsində fəaliyyət göstərmək üçün avadanlıqlarla təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes fəaliyyətinə başlamasına dəstək olmaq və ya mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış memorandum çərçivəsində “Rabitəbank” da ilin sonunadək fərqli regionlarda həssas əhali qruplarının biznes üçün tələb edilən avadanlıqlarla təmin edilməsini davam etdirəcək. Bank 27-ci fəaliyyət ili münasibətiylə 27 aztəminatlı ailənin sahibkarlıq fəaliyyətinə başlaması üçün yardım edəcək.

Proqram çərçivəsində “Rabitəbank” artıq Şəmkir, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Sumqayıt və paytaxtın müxtəlif rayonları üzrə həssas əhali qruplarına əvəzsiz olaraq müxtəlif avadanlıqlar təhvil verib. Bank gözəllik salonu, dizayn və fotoqrafiya studiyası, mebel emalatxanası, dərzi atelyesi, ferma, arıçılıq və s. kimi sahələr üzrə fəaliyyət göstərmək üçün lazım olan bütün zəruri avadanlıqlarla təchiz edərək sözükeçən şəxslərin öz biznes xəyallarını gerçəkləşdirməsinə dəstək oldu.

Qeyd edək ki, “Rabitəbank” kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası ilə sıx əməkdaşlıq əsasında “Rabitəbank” gələcəkdə də aztəminatlı ailələrin kiçik biznes xəyallarının reallaşdırılması yolunda əməli addımlar atacaq.

® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO"> ® - FOTO" data-description="gallery" alt=""Rabitəbank" 27 yaşı münasibətilə 27 ailəyə dəstək olacaq ® - FOTO">

APA-Economics

Digər xəbərlər