"Rabitəbank" "Kartmane" istifadəçiləri üçün yeni imkan yaradıb - ®

"Rabitəbank" "Kartmane" istifadəçiləri üçün yeni imkan yaradıb - ®
# 01 aprel 2020 11:00 (UTC +04:00)

“Rabitəbank” ASC-nin “Kartmane” sahibləri çatdırılma ilə etdikləri yemək sifarişlərinin ödənişi zamanı tam 5% “cashback” əldə edəcək.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu imkan “Wolt”, “Hungry” və digər yeməkçatdırma xidmətləri şirkətlər üçün keçərlidir.

Qeyd edək ki, özündə çoxlu sayda üstünlükləri toplayan unikal “Kartmane” kartı müştərilərinə istənilən YDM-lərdən 10%-dək, bütün kafe və restoranlardan 5%, partnyor şəbəkələrindən 25%-dək “cashback” qazandırır. Digər “cashback” imkanını seçən müştərilər isə bütün iaşə məkanlarından avtomatik 2% “cashback” əldə edirlər.

Həmçinin, kartdakı pul qalığına 6%-dək gəlir əldə edə biləcək və istənilən zaman kartlarından vəsaiti heç bir əmanət cəriməsi ödəmədən nağdlaşdırmaq mümkündür. Daha bir unikal üstünlük isə, ölkənin bütün ATM-lərindən nağdlaşdırmanın tamamilə pulsuz olmasıdır.

Daha ətraflı məlumat və kart sifarişi üçün link: https://rbt.az/rbkartmane.

Qeyd edək ki, “Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, internet bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR