"Rabitəbank" "Made in Azerbaijan" brendinə dəstək olub - FOTO

"Rabitəbank" "Made in Azerbaijan" brendinə dəstək olub - FOTO
# 25 fevral 2020 13:28 (UTC +04:00)

“Rabitəbank” ASC Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində ölkədə ixracla məşğul olan 50-yə yaxın kiçik və orta biznes sahiblərinin nümayəndələri ilə birgə görüş keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə, bankın İdarə heyətinin sədr müavini Orhan Gültekin isə “Rabitəbank”ın sahibkarlar üçün təklif etdiyi bank məhsulları ilə yanaşı yerli istehsalat və brendlərin ölkədən kənar tanınması və ixrac potensialının artırılması üçün məhz İxracatçılara yönəlmiş yeni “İxracatçı” biznes krediti və güzəştli digər bank məhsullar barədə geniş məlumatlar təqdim etmişdir. Həmçinin, Azpromo-dan İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov və KOBİA-nın İdarə heyətinin sədr müavini Mehman Abbas tədbirdə çıxış edərək, sahibkarların suallarını cavablandırmış və təklifləri dinləyiblər.

Qeyd edək ki, “Rabitəbank”ın ixracatçılar üçün təklif etdiyi özəl “İxracatçı” kredit məhsuldan, ABŞ dolları üzrə cəmi 4,9%, Azərbaycan manatı üzrə 13,9% ilə, 36 ayadək faydalana biləcəklər. Əlavə güzəşt olaraq kredit alan sahibkarlara , ixracdan daxil olan vəsaitin konvertasiyası və XÖHKS ilə köçürülməsi üzrə komissiyası 0%, Kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması komissiyasına 50% endirim olunacaq.

Xatırladaq ki, “Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, internet bankçılıq və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR