"Rabitəbank" Novruz kampaniyasına start verib

"Rabitəbank" Novruz kampaniyasına start verib
# 27 fevral 2020 10:50 (UTC +04:00)

“Rabitəbank” Novruz bayramı ərəfəsində özəl kampaniyaya start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 27 fevral tarixindən etibarən müştərilərə nağd pul krediti 15 000 manatadək (zaminsiz 10 000 manat olmaqla) təqdim edilir. Seçim təklifləri aşağıdakı kimidir:

  • Komissiya və sığorta xərci ödəmə
  • Kreditini 15,9% ilə rahat əldə et
  • 36 ay deyil tam 50 ay müddətinə krediti geri ödəmək imkanı.

Novruz boğçası kampaniyası 1 aprel 2020-ci il tarixinədək davam edəcək. Kampaniya haqqında məlumat və onlayn kredit müraciəti üçün, www.rbt.az/novruzboxcasi linkinə daxil olaraq, tanış olmaq olar.

Qeyd edək ki, “Rabitəbank”ın “Sahil”, “Sumqayıt” və “Gəncə” filialı həftəiçi 20:00-dək, 24/7 xidmət göstərən “Nəsimi” filialından isə həftəiçi 22:00-dək, həmçinin həftəsonları da kampaniyadan yararlanaraq, nağd pul kreditinə sahib olmaq olar.

Qeyd edək ki, “Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR